Rusiyanın Çinlə sərhəd Xabarovsk vilayətinə pomidorlar təyyarə ilə daşınır.
FED.az xəbər verir ki, vilayətin kənd təsərrüfatı nazirliyinin ticarət departamentinin rəhbəri Alla Soroka bunu mətbuata elan edib. Onun sözlərinə görə, koronavirus səbəbilə Çindən kənd təsərrüfatı məhsullarının alınması qadağan olunduğu üçün Uzaq Şərq regionunun ərzaq təminatı Azərbaycan, Türkiyə və Misir vasitəsilə təmin olunur. Daşınma təyyarə ilə həyata keçirildiyi üçün pomidor kimi tez xarab olan tərəvəzin qiyməti bahalaşıb.
“İri müəssisələr artıq Çin məhsulu Türkiyə və Azərbaycandan gətirilən pomidorla əvəzləyib. Həmin pomidorlar təyyarə ilə daşındığı üçün məhsulun qiyməti də bahalaşır. Amma hökumət qiymətləri tənzimləmək səlahiyyətində deyil. Biz ancaq kartof, yerkökü kimi məhsulların qiymətini müəyyən edə bilərik”.
Hazırda Vladivostok, Xabarovsk, Komsomolsk-na-Amure və İrkutsk kimi iri şəhərlərdə pomidorun 1 kilosu 700-12000 rubl arasında dəyişir.
Modern