Qazaxıstan Xarici İşlər Nazirliyi: ölkə Rusiyanı tərk etmiş 400-dən çox şirkətin köçürülməsində maraqlıdır
Tokayev: "Qazaxıstanın ittifaq dövlətinə daxil olmasına ehtiyac yoxdur"
Qazaxıstan hakimiyyəti əvvəllər Rusiyada işləmiş, amma Ukrayna müharibəsindən sonra buranı tərk edən 400-dən çox şirkəti öz ərazilərinə köçürməkdə maraqlıdır.
FED.az xəbər verir ki, bunu parlamentin iclasında xarici işlər nazirinin müavini Almas Aydarov bildirib.
“Rusiya Federasiyasından çıxdığını rəsmən elan edən şirkətlərin (Qazaxıstana) köçürülməsi üçün çox iş aparılır. Bu günə kimi Qazaxıstana köçməkdə maraqlı olduğumuz 401 şirkət var. Bütün bu şirkətlərə dəvət göndərilib”, - deyə nazir bildirib.
Aydarovun sözlərinə görə, artıq 67 şirkət Qazaxıstan hakimiyyətinə müsbət cavab verib. Daha 25 təşkilat, o cümlədən «Honeywell» və «Tik-Tok» öz biznesini respublikaya köçürüb. Aydarov əlavə edib ki, “köçmə” prosesində ümumilikdə 38 ölkədən, o cümlədən ABŞ, Yaponiya, Almaniya və İsveçrədən şirkətlər iştirak edir.
Xatırlaaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra 500-dən çox xarici şirkət Rusiyadakı fəaliyyətlərini məhdudlaşdırıb, hazırda 151 təşkilatın rəhbərliyi öz biznesini dayandırmaq prosesindədir. Daha 175 şirkət “vaxt almağa” çalışır, 230 şirkət isə gecikdirir. Sonuncular əsasən Çin müəssisələridir.