“ABŞ prokurorluğu rusiyalı oliqarxların Rusiyanın Ukraynaya qarşı hücumundan sonra tətbiq edilən sanksiyalardan yayınmağa çalışdığına dair sübutlar aşkar edib”.
Eləcə də bax: İtaliya rus oliqarxın 105 milyonluq mülkünü - MÜSADİRƏ ETDİ
FED.az xəbər verir ki, bunu ABŞ prokuroru Endryu Adams “Reuters” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, rusiyalı oliqarxlar öz yaxtalarını, təyyarə və digər əmlaklarını gizlətməyə çalışırlar:
“Beynəlxalq ictimaiyyət bu cür faktların aşkar edilməsi üçün yüksək səviyyədə əməkdaşlıq edir. Lakin bəzən oliqarxların bütün dünya üzrə saxta şirkətlər vasitəsilə gizlədilən əmlakını izləmək çətin olur”.
O bildirib ki, rusiyalı oliqarxlar öz əmlaklarını başqa ölkələrdə gizlədirlər. (Qafqazinfo)