Rusiyalı iş adamı, milyarder Oleq Tinkov Ukrayna ilə müharibəyə qarşı çıxıb.
Eləcə də bax: Aİ rusiyalı biznesmenlərə qarşı yeni sanksiya - TƏTBİQ EDİR
FED.az xəbər verir ki, “İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu ağlasığmaz və qəbuledilməzdir! Dövlətlər pulu müharibəyə deyil, insanların müalicəsinə, xərçəngə qalib gəlmək üçün tədqiqatlara xərcləməlidir.
Biz bu müharibəyə qarşıyıq!” - Tinkoff Bankın təsisçisi bildirib.
Bundan əvvəl rusiyalı oliqarxlar Mixail Fridman və Oleq Deripaska Rusiyanın qonşu dövlətdə keçirdiyi “xüsusi əməliyyat”ın əleyhinə çıxış ediblər. (Marja)