Rusiyadan sərmayə çıxışı bu ilin yanvar-oktyabr dövründə 31,6 milyard dollar təşkil edib.
Rusiya Mərkəzi Bankından verilən məlumata görə, keçən ilin yanvar-oktyabr dövründə ölkədən sərmayə çıxışı 41,2 milyard dollar ikən, rəqəm bu ilin eyni dövründə 31,6 milyard dollara geriləyib.
FED.az xəbər verir ki, məlumatda, xüsusilə xarici borc ödəmələrinin keçən ilin eyni dövrü ilə müqayisədə daha az olduğu, bu səbəbdən sərmayə çıxışında da azalmanın davam etdiyi qeyd edilib.
Eləcə də bax: Rusiyadan 2017-dən bəri ən böyük - FAİZ ENDİRİMİ
Mərkəzi Bankın təxminlərinə görə, Rusiyada bu il cəmi 40 milyard dollarlıq sərmayə çıxışının reallaşması gözlənilir.
Marja