Rusiyada yaşayan azərbaycanlı iş adamı və xeyriyyəçi Yusifov Vüqar Məzahir oğlu Azərbaycan mətbuatında yayılan məlumata görə, Medianın İnkişafı Agentliyinə, ölkənin media qurumlarına və ictimaiyyətinə müraciət edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru cənab Əhməd İsmayılova
Azərbaycan Respublikasının Media Qurumlarına və İctimaiyyətə MÜRACİƏT
Hörmətli Əhməd müəllim, media nümayəndələri və ictimaiyyət üzvləri,
Nəzərinizə çatdırmaq istərdik ki, 09.02.2026-cı il tarixinidən etibarən Azərbaycanın bir sıra media resurslarında (Oxu.az, 1news.az, Kanal 13, Adalet.az və s.) Rusiya Federasiyasının Surqut şəhərində baş vermiş mənimsəmə və fırıldaqçılıq hadisəsi ilə bağlı xəbərlər yayımlanmışdır.
Təəssüflə qeyd edirik ki, sözügedən xəbərlərin vizual təqdimatında, cinayət işinin iştirakçısı olan şəxslə heç bir əlaqəsi olmayan, Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı və xeyriyyəçi Yusifov Vüqar Məzahir oğlunun foto və video görüntülərindən qanunsuz olaraq istifadə edilmişdir.
Məlumat üçün bildiririk ki, Yusifov Vüqar Məzahir oğlu 18 oktyabr 1977-ci ildə Azərbaycan Respublikasının Şəmkir şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1996-cı ildə Belarus Respublikasında ali təhsil alan Vüqar Yusifov, artıq
30 ildən çoxdur ki, Rusiya Federasiyasında qida sənayesi sektorunda genişmiqyaslı sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, sıfırdan və böyük əzmlə minlərlə iş yerini özündə birləşdirən nəhəng şirkətlər yaratmağa nail olmuşdur.
Onun rəhbərliyi altında fəaliyyət göstərən bu müəssisələr bu gün dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycan Respublikasının iqtisadi subyektləri ilə də strateji tərəfdaşlıq edərək ölkəmizin iqtisadi əlaqələrinə mühüm töhfələr verir.
Vüqar Yusifov təkcə uğurlu iş adamı deyil, həm də Rusiyada yüzlərlə Azərbaycan vətəndaşını işlə təmin edən, işgüzar dairələrdə milli dəyərlərə sahib, öz xalqına və dövlətinə sonsuz sədaqəti ilə seçilən yüksək nüfuzlu vətənpərvər kimi tanınır.
Baş verən hüquqazidd hərəkətlərin və genişlənməkdə olan dezinformasiya dalğasının qarşısının təcili alınması zəruri olduğundan, Azərbyacan medisanından məsul şəxs olaraq şəxəsən sizə, Kütləvi İnformasiya Vasitələrinə və səlahiyyətli dövlət qurumuna (KİV) rəsmən bəyan edirik ki, Yusifov Vüqar Məzahir oğlu Rusiya Federasiyasının Surqut şəhəri ilə hər hansı bir iqtisadi və ya coğrafi bağlılığı mövcud deyildir. O, sözügedən şəhərdə heç bir zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, orada məskunlaşmamış və ümumiyyətlə, ömrü boyu həmin əraziyə bir dəfə də olsun səfər etməmişdır. Cənab Vüqar Yusifov uzun illərdir Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində daimi məskunlaşmışdır və bütün biznes fəaliyyətini məhz bu şəhərdə həyata keçirir.
Həbs xəbərində adı keçən şəxslə iş adamı Vüqar Məzahir oğlu Yusifov arasında sadəcə ad və soyad bənzərliyi mövcuddur. Cinayət xarakterli xəbərlərdə iş adamının görüntülərinin istifadə edilməsi onun illər boyu qazandığı işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ciddi xələl gətirir.
Azərbaycan Respublikasının "Media haqqında" Qanununa və Mülki Məcəllənin 23- cü maddəsinə (Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi) əsasən, dəqiqləşdirilməmiş və yalan məlumatların yayılması birbaşa hüquqi məsuliyyət yaradır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi:
-
- Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
- Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
- Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır.
- Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
- Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
Hörmətli Əhməd müəllim, Hüquq ofisi olaraq media nümayəndələrindən qəti şəkildə tələb edirik ki, iş adamı Yusifov Vüqar Məzahir oğlunun görüntülərinin bütün xəbər resurslarından dərhal və qeyd-şərtsiz silinməsini, xəbər yayımı zamanı mənbənin və ittiham olunan şəxsin tam kimliyinin (adı, ata adı, soyadı, təvəllüdü və s.) rəsmi qaydada yoxlanılaraq şəxsiyyətlərin qarışıq salınması kimi kobud xətalara və qərəzli yanaşmalara son qoyulmasını, heç bir araşdırma aparmadan, bilərəkdən və ya ehtiyatsızlıqdan yanlışlığa yol vermiş bütün media qurumları tərəfindən dərhal rəsmi təkzib verilməsini və vizual materialların seçilməsində peşəkar məsuliyyət nümayiş etdirilməsini tələb edirik.
Xüsusi olaraq xəbərdarlıq edirik ki, qəsdən və ya səhlənkarlıqdan dezinformasiya yayaraq işgüzar nüfuzu ciddi şəkildə ləkələyən hər bir qurum və şəxs barəsində qanunvericiliyin ən sərt tələblərinə uyğun olaraq məhkəmə qaydasında iddia qaldırılacaq, vurulmuş maddi və mənəvi zərərin tam həcmdə ödənilməsi tələb olunacaqdır.
Dürüst, obyektiv və peşəkar media qurumlarından bir neçəsini ofisimizə dəvət edə və cənab Vüqar Yusifovla onlayn müsahibə vasitəsilə ən son məlumatların birinci mənbədən əldə edilməsini təmin edə bilərik. Həmçinin bildiririk ki, yaxın 10 gün ərzində cənab Vüqar Yusifovun Azərbaycana səfəri baş tutacaqdır.
Hörmətlə, Cəmşid Sərdarlı. Vüqar Məzahir oğlu Yusifovun hüquqi müdafiəsini həyata keçirən "Alliance Legal Center"in direktoru.
Mobil +994 55 313 00 08
https://www.instagram.com/reels/DUnsaMtEQBu/
https://1xeber.media/gundem/46586-vuqar-yusifov-azerbaycana-ucmaq-isteyerken-hebs- edildi.html
https://www.facebook.com/Elalioglu/photos/-v%C3%BCqar-yusifov-moskva-hava- liman%C4%B1nda-saxlan%C4%B1l%C4%B1brusiya-kiv-l%C9%99rinin- m%C9%99nb%C9%99y%C9%99-istina/1193556092765354/
https://www.adalet.az/az/posts/detail/vuqar-yusifov-azerbaycana-ucmaq-isteyerken- hebs-edildi-1770647808.
https://oxu.az/dunya/is-adami-vuqar-yusifov-azerbaycana-gelmek-isteyerken-rusiyada- saxlanildi.
https://lent.az/xeber/hadise/olkeden-qacan-azerbaycanli-biznesmen-aeroportda-tutuldu- 40660568













