Rusiyada ilin sonunadək şərab qıtlığı yarana bilər.
FED.az xəbər verir ki, bu barədə «Abrau-Dyurso» şirkətlər qrupunun prezidenti Pavel Titov bildirib. Onun sözlərinə görə, ilin sonuna yaxın – Yeni İl ərəfəsində ölkədə şərab qıtlığı yarana bilər.
Titov bildirib ki, hazırda bazarda həm adi, həm də köpüklü rus şərablarına tələbat artmaqdadır. Bu, mağazalardla xarici şərabların azalması, eləcə də qiymətlərin artımı ilə bağlıdır.
«Əgər tələbat göstərici bundan sonra da belə qalsa, bu vəziyyət ilin sonunda, Yeni il bayramları ərəfəsində müəyyən qıtlığa səbəb ola bilər. Çünki bizim il üçün nəzərdə tutulan ehtiyatlarımız sürətlə satılır»-deyə titov bildirib. O əlavə edib ki, bu ilki məhsuldan şərabı yalnız gələn il üçün hazırlamaq olar.
Bir qədər əvvəl məlumat verilmişdi ki, Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya restoranlarında xarici şərabların çeşidi azalmaqdadır.
Bundan başqa, Rusiya dövlət qurumlarının məlumatına görə, bu il Rusiyada şərablar 11% bahalaşıb.