Rusiyanın cənubunda şəkərin qiyməti kəskin artıb. FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, oktyabrın 18-də Cənub Federal Dairəsində şəkərin qiyməti ötən illə müqayisədə 50% artıb. İlin əvvəlindən indiyədək isə şəkərin qiymətində 43,9% artım var. Bu rəqəmləri Rusiyanın Kənd Təsərrüfatı nazirliyi açıqlayıb. Hazırda bu ərazilərdə şəkərin bir kiloqramının topdansatış qiyməti 12 kiloqram üçün 36 rubl (60 sent və ya 1,02 manat) təşkil edir. Nazirlikdən bahalaşmanın səbəbini açıqlamayıblar.
Əvəzində bildirilib ki, oktyabrın 15-dən şəkərin ərakəndə satış qiyməti 42,7 rubl (73 sent və ya 1,25 manat) təşkil edir. Nazirlikdən bildirilib ki, şəeərin pərakəndə satış qiyməti ilin əvvəlindən bəri 17,6%, ötən illə müqayisədə isə 5,4% artıb.
Ek alanı
Rusiyada şəkər kəskin bahalaşıb
13:21
27 Okt 2018