Rusiya Ukraynaya ilə müharibəyə başladıqdan sonra 2022-ci ilin fevralından indiyədək ölkədə paltar və ayaqqabı satışı kəskin azalıb.
Eləcə də bax: İsveç brendi Rusiyadakı biznesini və geyim ehtiyatlarını - SATIR
FED.az biznes və maliyyə xəbərləri portalı «Forbes» nəşrinə istinadən xəbər verir ki, bu barədə «Fashion Consulting Group» şirkətindən bildirilib.
Rusiyaya qarşı xarici sanksiyaların tətbiq edilməsindən sonra ölkədə 100-dən çox xarici brend fəaliyyətini dayandırıb. Nəticədə satışa təklif olunan paltar və ayaqqabı həcmi 30%-dən çox azalıb. Müharibənin başladığı fevralın 24-dən sonra ölkədə Zara, Massimo Dutti və başqa brendləri təqdim edən Inditex, eləcə də H&M, Uniqlo, Adidas və başqa şirkətlər fəaliyyətlərini dayandırıblar.
Satışların azalmasının bir səbəbi də əhalinin real gəlirlərinin aşağı düşməsidir. Belə vəziyyətdə yerli vətəndaşlar ilk növbədə geyim və ayaqqabıya qənaət etməyə üstünlük verirlər.
Əvəzində xarici brendlərin ölkəni tərk etməsindən sonra Rusiyanın yerli istehsalçıları fəallaşıblar. «Ozon» market pleysində yerli məhsulların, o cümlədən, paltar, ayaqqabı və aksessuarların təklifi 2,8 dəfə artıb.