Rusiyanın iri ticarət mərkəzlərinə alıcıların axınında kəskin enmələr qeydə alınıb.
Eləcə də bax: Moskvanın ticarət mərkəzlərində boş yerlər 20%-ə qədər - ARTA BİLƏR
FED.az xəbər verir ki, bu «Focus Technologies» şirkətinin araşdırmalarında məlum olub. Araşdırmaya görə, Moskva və Sankt-Peterburqdakı iri ticarət mərkəzləri noyabrın 7-13 tarixlərində alıcıların kəskin azalması ilə üzləşiblər. Belə ki, bu dövrdə alıcı axını ötən ilin eyni dövrü ilə myqayisədə 13% aşağı düşüb.
Araşdırma Mall İndex göstəricisi üzrə aparılıb. Bu göstərici ticarət mərkəzinin hər 1 min kvadratmetrinə düşən alıcı sayı ilə hesablanır.
2019-cu illə müqayisədə isə azalma daha böyükdür – Moskvada 29%, Sankt-Peterburqda isə 27%.
Bildirilir ki, Rusiyanın iri şəhərlərindəki ticarət mərkəzlərində alıcıların sayının azalması bir neçə səbəblə bağlıdır. Əsas səbəblər əhalinin gəlirlərinin azalması və beynəlxalq brendlərin ölkəni kütləvi surətdə tərk etməsidir.