Rusiya şirkətlərinin 33%-i 2022-ci ildə işçilərin sayında azalma qeydə alıb.
Rusiyalı iş adamı Azərbaycanda 170 min manat kapital ilə - ŞİRKƏT YARADIB
FED.az xəbər verir ki, bu nəticələr işəgötürənlər arasında HeadHunter sorğusunda məlum olub.
Tədqiqatda müxtəlif sayda - 50-dən 1 min nəfərə qədər işçiləri olan 256 şirkət iştirak edib. Əsasən iri şirkətlər işçilərin ixtisarı ilə üzləşib.
Sorğudan belə nəticə çıxır ki, ümumilikdə iri şirkətlər üçün 2022-ci il orta və kiçik müəssisələrlə müqayisədə daha uğursuz il olub. Ən böyük təşkilatların nümayəndələrinin dörddə üçü 2022-ci ildə sanksiyalar, Ukraynadakı müharibə, səfərbərlik və digər tədbirlərin öz bizneslərinə mənfi təsirini hiss edib.
Həmçinin, işəgötürənlərin 46%-i bildirib ki, 2022-ci il hadisələri onların şirkətlərinə koronavirus və ondan sonrakı məhdudiyyətlərdən daha çox təsir edib. Digər 23% isə təsirin təxminən eyni olduğuna inanır. Respondentlərin 12%-i üçün iki il əvvəlki hadisələr daha əhəmiyyətli olub.