5 Mart 2022-ci il tarixində Dövlət Vergi Xidməti "ZÜMRÜD CAPİTAL" MMC-nin dövlət qeydiyyatına alıb.
Eləcə də bax: Azərbaycanda 100 min manatlıq şirkət - YARADILDI
FED.az xəbər verir ki, qanuni təmsilçisi Rusiya vətəndaşı Khokhlova Olga olan şirkətin nizamnamə kapitalı 500 milyondur (manat və ya rubl olduğu qeyd edilməyib). Əgər şrkətin nizamnamə kapitalı 500 milyon rubldursa, bu, cari məzənnə ilə 13,4 milyon manata bərabərdir.
"ZÜMRÜD CAPİTAL"ın hüquqi ünvanı: AZ1014, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BÜLBÜL PR. ev.94 m.10-dur. (Marja)