Bu gün Bakıda Azərbaycan-Rusiya sənaye əməkdaşlığı forumu işə başlayıb.
FED.az xəbər verir ki, tədbir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun iştirakı ilə baş tutub.
Eləcə də bax: «Qiymət bir az da artsa, bazara müdaxilə etmək lazımdır» – EKSPERTDƏN XƏBƏRDARLIQ
Forum çərçivəsində "Rosselmaş" kombayn zavodu ilə “Sumqayıt Texnologiyalar Parkı” MMC arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, Rusiyanın "AzOkso" və Azərbaycanın "Servicelnest" şirkətləri arasında hasarlara sistemlərinin qurulmasına dair Anlaşma Memorandumu, eləcə də "AzOkso" ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında əməkdaşlığa dair saziş imzalanıb.