Türkiyənin Rusiyaya pomidor satışında prrblem yaranıb. Artıq bir neçə gündür ki, Türkiyədən pomidor daşıyan yük avtomobilləri Rusiyaya buraxılmır və FED.az-ın məlumatına görə, bu gün açıqlanıb ki, bunun səbəbi kvotanın bitməsidir. Nəticədə Türkiyə ilə Rusiya-Ukrayna sərhədində TIR-lardan ibarət bir kilometrlik tıxac yaranıb.
Eləcə də bax: Rusiyada meyvə-tərəvəz – QITLIĞI YAŞANIR – POMİDOR İKİ DƏFƏ BAHALAŞIB
Qərb Aralıq dənizi İxracatçılar Birliyinin (BAIB) prezidenti Hakkı Bahar bildirib ki, Rusiyanın bu il pomidor alması üçün müraciət etdiyi 150 min ton kvota tamamlanıb, Türkiyə tərəfi əlavə 50 min ton artıq satmaq istəsə də, bu müraciət təsdiqlənməyib.
Türkiyədən Rusiyaya göndərilən pomidor yüklü TIR'ların qapıda gözlədildiyini və içəri alınmadığını deyən Bahar, «150 min tonluq kvota doldu. 50 min tonluq kotanın isə təsdiqi hələ gəlmədi. Rusiyanın Nazirlər Kabinetinə bu qərar sövq edildi amma hələ lehdə ya da əks bir nəticə yoxdur» dedi.
İki ölkə hakimiyyəti arasında pomidorla bağlı rəsmi danışıqların əvvəldən davam etdiyini bildirən Bahar deyib ki, yaxşısı budur Rusiya ilə Türkiyə arasındakı sıx əlaqələrdə pomidor xatırlanmasın: «Enerji, müdafiə kimi bir çox sahədə. Böyük əlaqələri olan iki ölkə üçün pomidor dayanıqlı bir tikan kimidir. Rusiyadakı dostlarımızın mövzuya yaxınlaşmasını gözləyirik. Kvotanın tamamilə qaldırılacağını gözləyirik və düşünürük ki, Rusiya tərəfi bu məsələyə düzgün yanaşacaq».
Hakki Bahar bildirib ki, virusa görə Rusiyanın Türkiyədən pomidor alışını kəskin artıracağını gözləmir, çünki onsuz da Rusiya Çindən böyük həcmdə pomidor almırdı, digər tərəfdən, təyyarə böhranından sonra Rusiyada böyük istixanalar yaradıldı. «Onlar da pomidorları İrandan, Azərbaycandan, Özbəkistandan satın alırlar. Buna görə də öz tədbirimizi almalı və məhsulları dəyişdirməliyik».
Hakkı Bahar bildirib ki, Rusiya öz istixanalarını qurduğundan Türkiyənin pomidor əkən iş adamları məhsul portfelini dəyişməlidir.