“Alpha Group” şirkəti “IDS Borjomi Georgia”dakı 55.8%-lik öz payını satmağa hazırlaşır.
Eləcə də bax: “Borjomi”də kütləvi ixtisarlar - BAŞLAYIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın yerli mediaları məlumat yayıb.
Məlumata əsasən, şirkət öz nəzarət payını gürcü biznesmen Gia Orconikidzeyə satmağa hazırlaşır.
Qeyd edək ki, Rusiyanın “Alpha Group” şirkəti “İDS Borjomi”dəki hazırki nəzarət payını 2013-cü ildə Badri Patarkatsişvilidən alıb.
Xatırladaq ki, “IDS Borjomi Georgia” şirkətinin strukturunda sanksiyaya məruz qalan Rusiyanın “Alpha Group” şirkətinin səhmlərinin olması səbəbindən sözügedən şirkət sanksiyalara məruz qalıb və aprelin 29-dan etibarən Borjomidəki hər iki qablaşdırma zavodunda istehsal prosesi müvəqqəti dayandırılıb.