Rusiya şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümaynədəsi Ruslan Mirsəyapov məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın "Qerofarm" şirkəti 2025-ci ildə Azərbaycanda tərəfdaş zavodun bazasında invulin istehsalına başlacyacaq.
"Hazırda Azərbaycanda insulin istehsal olunmur, bu məhsul tamamilə idxal edilir. Yerli istehsalın təşkil edilməsi bu preparatların pasiyentlər üçün daha əlçatan olmasına imkan verəcək»-deyə o bildirib.
Hazırda Azərbaycanda 300 mindən artıq diabet xəstəsi var. Son 4 ildə isə 2-ci tip diabetə tutulanların sayı 224 mindən 291 min nəfərə qalxıb.
Diabet xəstələrinin artımı problemi təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də müşahidə edilir. Azərbaycanda invulin istehsalı üzrə zavodun tikilməsi niyyətini Böyük Britaniya da elan edib, İsrail isə bu dərmanın istehsalı üçün Azərbaycanda zavodun tkintisinə başlayıb.
Qeyd edək ki, «Qerofarm» şirkəti Qazaxıstanda da invulin istehsal edir. Bir qədər əvvəl isə Rusiyanın "R-Farm" şirkətlər qrupu diabetin profilaktikası üçün preparatın ilk partiyasını buraxıb, bu sahədə illik plan 1 milyon qutudur.