“Henkel Rus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv olunduğunu elan edir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ 1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr 25E küçəsi, Bakı Ağ Şəhər Biznes Mərkəzi, 8-ci mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Henkel Rus” Henkel-in beynəlxalq qrupunun bir hissəsidir. Rusiya bazarında Henkel 1990-cı ildən bəri fəaliyyət göstərir. Azərbaycan bu nümayəndəlik 2020-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Mikhail Ershovdur.