“Azərbaycan MDB-nin əsas iqtisadi tərəfdaşları sırasında seçildiyinə görə bizim xarici əlaqələr departamentində sırf Rusiya ilə Azərbaycan münasibətlərinə baxan məsul əməkdaş var”.
Eləcə də bax: Rusiyaya yüksək standartlara cavab verən məhsullar - İxrac Edilir
FED.az xəbər verir ki, bunu Rusiyanın Sənaye və Ticarət Palatasının vitse-prezidenti Vladimir Padalko Azərbaycanın bu ölkədəki ticarət nümayəndəliyinin işgüzar klubu tərəfindən keçirilən “Azərbaycanla Rusiyanın regionları arasında iqtisadi əməkdaşlıq” mövzusunda forumda bildirib.
Onun fikrincə, hər iki ölkə münasibətlərini daha da inkişaf etdirmək üçün iqtisadi əlaqələrə xüsusi diqqət yetirməlidir: “Rusiya Azərbaycanda yetişdirilən məhsulların keyfiyyətindən məmnundur. Hazırda bu baxımdan rəqibiniz yoxdur. Amma başqa istiqamətlərə də diqqət yetirilməlidir. Bizim bir yerdə işləmək üçün çox böyük imkanlarımız var”.
“Hazırkı pandemiyaya baxmayaraq, Rusiyadan Azərbaycana pul köçürmələri azalmayıb. Bu da xalqlarımızın çalışdığına, bir-birinə kömək etdiyinə dəlalətdir. Bu baxımdan Moskva ilə yanaşı, regionlarımızın da böyük payı var. Hər şəhərimizdə azərbaycanlı diasporu var. Rusiyanın regionları da Azərbaycanın nələr təklif edə biləcəyinə maraq göstərir. Azərbaycanlı tərəfdaşlarımızın da məqsədi eynidir. Ona görə də birgə işləməyi, başqa ölkələrin bazarlarında mənafelərimizi qorumağı öyrənməliyik”, - deyə rusiyalı ekspert qeyd edib. (Report)