Rusiya rublu dollar üzərində revanş götürür. Avqust ayından bəri ilk dəfə bu gün Amerika valyutası 66 rubl səviyyəsindən aşağı enib.
FED.az Rusiya mediasına istinadən xəbər verir ki, bu gün Rusiyada avro da ucuzlaşıb. Rublun canlanmasına neft qiymətlərinin bahalaşması təkan verib. Bu gün birjalarda Brent markalı neftin 1 bareli 80 dollardan baha ticarət edilib.
Analitiklər inkişaf etməkdə olan bazarlarda böhran vəziyyətinin zəifləməsini proqnozlaşdırırlar. Bu inkişafın əsas təkanverici qüvvələri Argentina və Türkiyədir. Onlar faiz dərəcələrinin artırılması və xaricdən alınan yardımlar hesabına vəziyyəti normallaşdırmağa müvəffəq olublar. Yaxın aylarda vəziyyətin ağırlaşması gözlənilmir.
Analitiklər rublun gələcəyinə dair çox optimist yanaşırlar. Analtik Timur Nigmatullinin sözlərinə görə, ilin sonuna qədər dollar məzənnəsinin ən yaxşı halda 59,3 rubl olacaq. Ən pis halda isə 66 rubl proqnoz edilir.
Xatırladaq ki, bu gün Rusiyada dollar təxminən 65,8 rubldan ticarət eidlib. Avro isə 77,4 rubla enib.