Rusiya payıza qədər Türkiyədən gətirilən pomidorlarla bağlı kvotanı dəyişməyəcək. FED.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç belə bir bəyanat səsləndirib.
O bildirib ki, hələ vəziyyət araşdırılacaq: "May ayından başlayaraq öz istehsalımız olan pomidorlar bazara çıxarılacaq. Ona görə yay mövsümündə kvotanın artırılmasından söhbət gedə bilnməz. Payıza yaxın isə bu məsələ ilə ilə bağlı yenidən düşünmək olar".Rusiya pomidor kvotasını dəyişməyəcək
18:47
13 Aprel 2018