"Almaz-Nefteservis” MMC (Rusiya) Azərbaycana elektrik dalma qurğuları tədarük etməyi planlaşdırır.
Rusiyalı iş adamı Azərbaycanda 170 min manat kapital ilə - ŞİRKƏT YARADIB
FED.az xəbər verir ki, bunu müəssisənin baş direktoru Maksim Əliyev deyib.
“Bu, quyunun imitasiyasıdır. Yataqda qurğunun nəzərdə tutulduğu işlək quyunun istənilən parametrlərini təyin etmək mümkündür. Bu, Azərbaycana göndəriləcək ilk sınaq partiyasıdır”, - deyə M.Əliyev bildirib.
“Almaz-Nefteservis” MMC Qərbi Sibirdə yanacaq-energetika kompleksi sahəsində fəaliyyət göstərən şirkətlərə neft hasilatı üçün öz istehsalı olan seriyalı tam dəstli dalma avadanlığı təklif edən yeganə müəssisədir. Hazırda “Almaz-Nefteservis” MMC-nin istehsal gücləri ayda 500-dən çox tam komplektli elektrik mərkəzdənqaçma nasosu istehsal etməyə və 10 mindən çox quyuya xidmət göstərməyə imkan verir. (İnterfaks-Azərbaycan)