Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2 104 562,2 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 409 635,4 min dollar və ya 24,2% çoxdur.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatina görə, hesabat dövründə ixracın həcmi 56 094,7 min dollar və ya 12,7% artaraq 499 151,2 min dollara, idxalın həcmi isə 353 540,7 min dollar və ya 28,2% artaraq 1 605 411 min dollar təşkil edib. Göründüyü kimi, cari ilin doqquz ayında idxal ixracı 3,2 dəfə üstələyib.
Eləcə də bax: "Rusiya bankları Azərbaycana 1 milyard dollara yaxın - VƏSAİT YÖNƏLDİBLƏR"
Hesabat dövründə 1 106 259,8 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 297 446 min dollar və ya 36,8% çoxdur.
Apa