Rusiyada gül böhranı yaşanır. Koronavirus səbəbindən satışlar kəskin aşağı düşüb ölkədə gül yetişdirənlər hər gün yüz minlərlə çiçək atırlar. Ölkə daxilində karantin tətbiqinə başlaması ilə bu ssenarinin pisləşməsindən ehtiyat edilir.
FED.az xəbər verir ki, əsas tədarükü satan dükanlar istisna olmaqla, bütün mağazaların bağlanmasına dair əmr verilib. Gülçülər internet satışlarına keçməklə itirdikləri gəlirlərin heç olmasa bir hissəsini qənaət etməyə çalışırlar. Əldəki çiçək ehtiyatlarını saxlamaq üçün kifayət qədər anbar yoxdur. Rusiya İstixana Birliyi hazırda ölkədə gündə 1,2 milyon gül saxlamaq üçün torpaq sahələri olmadığı üçün güllərin zibilliyə atıldığını deyib.
“Podosinka” İstixanasının sahibi Yuliya Çarışkina çiçəklərin çox populyar olduğunu bildirib: “Çiçəkləri atanda hamının gözünü yaşı tutur. Çünki bunların hamısı yetişdirilib və canlıdırlar”.
Rusiya Prezidenti Vladimir Putin mart ayında çıxışında, virusun yayılmasını dayandırmaq üçün iş yerlərinin buraxılacağı xüsusi bir dövrə girdiklərinə və insanların bacardıqları təqdirdə evdən işləməli olduqlarına diqqət çəkmişdi.
Çarışkina Putinin bu açıqlamasından sonra şirkətinin gündəlik çiçək istehsalını 50 mindən 5 minə endirdiyini bildirib: “Bu sayı zaman-zaman 1000-ə endirdik. Belə davam edərsə, ehtiyatda olan 200 min çiçəyi və yeni kəsiləcək olan çiçəkləri də məhv etmək məcburiyyətində olacağıq”.
Rusiyanın illik gül istehsalı təxminən 300 milyon ədəddir. Rusiya İstixana Birliyinin prezidenti Aleksey Sitnikov, satışsız keçən 1 aydan sonra bu miqdarın 10-12 faizinin atıldığını bildirib.
Gül salonları internet satışları, böyük endirimlər və reklamlarla bazarda qalmağa çalışırlar. Kaluqadakı “Gül Nağılı”nın sahibi Florensiya Gervais d'Alden açıqlamasında bahalı bir məhsul yetişdirdiklərini deyib: “İndi satdığımız qiymətlərlə bazarda qalmaq mümkün deyil. Dəhşətlisi burdu ki, güllərin böyüməsini dayandırmağa şansımız yoxdur. Şəxsən mən iflasa hazıram, amma bu sektorun yaşaya biləcəyinə əmin deyiləm”.
Bu böhran səbəbindən ölkə daxilində çiçək istixana sahibləri iflas təhlükəsi ilə qarşı-qarşıyadır.