Rusiya dövlət büdcəsində böyük qənaət qeydə alınıb.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 9 ayında büdcənin xərclər hissəsinin icrası son 11 ildə ən aşağı həddə düşüb. Belə ki, yanvaar-sentyabr aylarında Rusiya büdcəsinin xərcləri 12,05 trilyon rubl (təqribən 180 milyard dollar) olub.
Eləcə də bax: Rusiya OPEC+ şərtlərini bu ay - 100% YERİNƏ YETİRƏCƏK
Bu, büdcədə nəzərdə tutulanın cəmi 63 faizi deməkdir.
Büdcənin icoası son 11 ildə ən aşağı həddədir. 2008-ci ilin ilk 3 rübündən sonra büdcə 61% icra edilmişdi. Ötən illə müqayisədə büdcənin xərcləri 3,5% azalıb. İqtisadçılar hesab edir ki, budəfəki azalmanın səbəbi büdcədə nəzərdə tutulan və böyük məbləğlər aparacaq milli layihələrin icrasının zəif aparılmasıdır.