İxracın təşviqi məqsədi ilə bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, bu prosesə öncə Azərbaycan şirkətlərinin daha çox maraq göstərdikləri, böyük idxal potensialı olan ölkələrdən başlanacaq.
lk növbədə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət-iqtisadi nümayəndələri təyin olunacaq. Ticarət-iqtisadi nümayəndələrə Azərbaycanın həmin ölkələrdəki səfirliyinin əməkdaşının malik olduğu status veriləcək.
Rusiya, Çin və BƏƏ-də ticarət-iqtisadi nümayəndələrimiz olacaq
12:28
4 Noy 2016