Danimarkanın «Carlsberg» pivə şirkəti Rusiya bazarından çəkildiyi üçün 5,9 milyard dollar zərər gördüyünü açıqlayıb. Şirkətin ümumi itkiləri isə 6,8 milyard dollardan çoxdur.
Azərbaycan və Türkiyə Rusiyaya 13,3 milyon ədəd yumurta - İXRAC EDİB
FED.az xəbər verirf ki, Danimarkanın “Carlsberg” pivə şirkətinin Rusiya bazarından çıxması ilə bağlı itkiləri 40,8 milyard kron (5,9 milyard dollar) təşkil edib. Bu barədə şirkətin 2023-cü il üzrə maliyyə hesabatında bildirilir.
Bununla bağlı Danimarka şirkəti böyük məbləğdə silinmələr etmək məcburiyyətində qalıb. Ümumi itkilər 47 milyard krondan (6,8 milyard dollar) çox qiymətləndirilir.
Xatırladaq ki, «Carlsberg Group» 2022-ci ilin mart ayında Rusiyadakı bütün aktivlərini satmaq qərarını açıqlayıb, Rusiyaya investisiya etməyi və ixracı dayandırıb.
«Carlsberg Group» avqust ayında bildirmişdi ki, Rusiya bazarını tərk etmək qərarı digər ölkələrdə satışların artmasına baxmayaraq, 2022-ci ilin birinci yarısında şirkətin 630 milyon dollar itkisinə səbəb olub.
3 oktyabr 2023-cü il tarixində isə «Carlsberg Group» Rusiyanın «Baltika» şirkətinə şirkətinə beynəlxalq və regional brendlər də daxil olmaqla, bütün «Carlsberg» məhsullarını istehsal və satmağa imkan verən lisenziya müqavilələrinin ləğvi barədə xəbərdar edib. Şirkətin o zaman izah etdiyi kimi, lisenziya müqavilələrinə xitam verilməsi Rusiya Federasiyası Prezidentinin fərmanına cavab idi.