2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Avropa şirkətlərinin Rusiya bazarında birbaşa itkiləri azı 100 milyard avro təşkil edir.
Rublun daha da ucuzlaşacağı, 1 dolların - 100 Rublu Keçəcəyi Gözlənilir
FED.az xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” (FT) qəzeti məlumat yayıb. Qəzet bu məlumatı Avropa şirkətlərinin məlumatlarına əsasən hesablayıb.
Nəşrin məlumatına görə, bu müddət ərzində 176 Avropa şirkəti “aktivlərin dəyərsizləşməsi, məzənnə ilə bağlı xərclər və bizneslərinin Rusiya seqmentinin satışı, bağlanması və ya azalması nəticəsində yaranan itkilər” ilə üzləşib.
Eyni zamanda, təhlil, Ukraynanın Rusiyaya hücumu və Rusiya Federasiyasına qarşı Qərb sanksiyaları səbəbindən enerji resurslarının və digər məhsulların bahalaşması kimi dolayı makroiqtisadi amilləri nəzərə almır.
FT neft və qaz şirkətlərinin Rusiya bazarını tərk etdikdən sonra ən çox itkiyə məruz qaldığını vurğulayıb. Beləliklə, BP, Shell və TotalEnergies şirkətlərinin ümumi itkiləri 40,6 milyard avro təşkil edib. Lakin enerji daşıyıcılarının qiymətlərinin qlobal artımı ilə əlaqədar siyahıda olan korporasiyalar maliyyə çətinliyi ilə üzləşməyiblər: keçən il onlar rekord məbləğdə 95 milyard avro mənfəət əldə etdiklərini bildiriblər. Sənaye, o cümlədən avtomobil sənayesi ilə məşğul olan şirkətlərə gəldikdə, Rusiya Federasiyasında itkilər 13,6 milyard avro təşkil edir, maliyyə korporasiyaları, xüsusən də banklar 17,5 milyard avro zərər ilə üzləşiblər. (Marja)