ABŞ-ın Rusiya və rus oliqarxlarına qarşı ötən həftənin sonunda başladığı sanksiyalar bu həftənin əvvəlindən özünü göstərməyə başlayıb. FED.az xəbər verir ki, sanksiyaların təsiri özünü həm rus şirkətlərinin səhmlərinin çökməsində, həm də rublun dəyərdən düşməsində göstərir. Belə ki, bu gün Moskva birjasında dolların məzənəsi 1,8 rubl bahalaşaraq 2017-ci ilin iyunundan bəri ilk dəfə olaraq 60 rublu, avronun məzənnəsi isə 2 rubl bahalaşaraq son iki ildə ilk dəfə olaraq 74 rublu keçib.
Eləcə də bax: Rusiyaya sanksiyalar təsirini göstərir: İş adamı 1 milyard dollar itirdi
Rublun uuzlaşmasına səbəb olan sanksiyalar ABŞ-ın Rusiyaya qarşı tarixdə təbiq etdiyi ən sərf tədbirlərdir. Amerikanların sanksiya zərbəsi Rusiya iqtisadiyyatın bütöv sahələrini «vurub». Bura iri metallurgiya, energetika, avtomobil, maşınqayırma və sair sahələr aiddir. Həmin sahələrdə yüz minlərlə insan çalışır.
Sanksiyalar xarici investorlrı pullarını Rusiyadan çıxarmağa vadar edib, rubla təzyiq artıb və rubl sürətlə ucazlaşmağa başlayıb.
Nəticədə, bu gün artıq günorta saatlarına Moskva birjasının indeksi və RTS 10% aşağı düşüb.
Birjalarda Rusiyanın təkcə sanksiyaya altına düşən deyil, digər şirkətləri və bankları da ucuzlaşır. Belə ki, VBT və «Rusal»la yanaşı, Sberbank, "Meçel" və başqa şirətlər - hansı ki, səhmdarları arasınrda dövlət də var və ya ABŞ-da işləyirlər - də ucuzlaşmağa başlayıb.
Xatırladaq ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb. Bu dəfə sanksiyaya 38 rusiyalı biznesmen, məmur, eləcə də, şirkət məruz qalıb. Hansı ki, onlarla əməliyatlar qadağan edilib və ya aktivləri dondurula bilər.
Rubl ucuzlaşır, dollar sürətlə bahalaşır – «QARA BAZAR ERTƏSİ»
19:42
9 Aprel 2018