“Roseksimbank” və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) birgə layihələrin icrasına dair razılıq əldə ediblər.
Eləcə də bax: «Almaniya-Azərbaycan Birgə Proqramı» - ONLAYN KEÇİRİLİR
FED.az xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzi (RİM) məlumat yayıb.
Bildirilir ki, RİM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyevin KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovla görüşü çərçivəsində Rusiyanın Azərbaycana ixracına maliyyə və kredit dəstəyi həcminin artırılması, kiçik və orta biznes sahəsində birgə layihələr portfelinin diversifikasiyası müzakirə olunub.
Tərəflər həmçinin RİM şirkətlər qrupu ilə Agentliyin strukturuna daxil olan KOB inkişaf fondları arasında Azərbaycan rezident şirkətlərinin Rusiyanın mal, iş və xidmət tədarükçüləri ilə xarici ticarət müqavilələrin maliyyələşdirilməsi üçün əməkdaşlığın artırılması məsələlərinə də toxundular.
Görüşün nəticələrinə əsasən Agentliklə mövcud potensial birgə layihələrin müntəzəm olaraq ətraflı araşdırılması barədə razılıq əldə edildi.
Görüşdə həmçinin potensial Rusiya-Azərbaycan layihələrinin reyestrini formalaşdırmaq məqsədilə “Roseksimbank”ın maliyyə alətləri barədə Azərbaycanın KOB-larını məlumatlandırmaq üçün Agentliyin məsul işçiləri müəyyən edildi. (Apa)