Yeni inkişaf mərhələsinə qədəm qoyan “RosAzerMaş” Qapalı Səhmdar Cəmiyyəti yenidənqurma işləri çərçivəsində əsas fəaliyyət istiqamətlərini açıqlayıb.
FED.az xəbər verir ki, strategiyaya uyğun olaraq əsas fəaliyyət istiqaməti 6 sahəyə bölünüb.
Əsas fəaliyyət istiqamətləri bunlardı:
- Paslanmaz polad materialından hazırlanan müxtəlif növ avadanlıqların istehsalı
- Laminə olunmuş lövhə istehsalı
- Metal-konstruksiya işlərinin görülməsi, tikinti, quraşdırma işləri
- Mülkü və sənaye infrastrukturunun tikintisi işləri
- Müxtəlif növ istehsal avadanlıqlarının təminatı qurulması və təmiri işləri
- Müəssisələr, sənaye və ticarət obyektləri üçün havalandırma sistemi, isitmə və soyutma, nasosxanaların yığımı və təmiri işləri
İş prosesi çərçivəsində əlavə olaraq:
-Sənayedə tikinti və quraşdırma işlərinin sənaye və mülkü layihələri üçün layihələndirmə tikinti və yenidənqurma işlərini həyata keçirir;
-Texniki məsələlər üzrə məsləhətlər verir, smeta tərtib olunması və avadanlıqların düzgün qurulmasını işi həyata keçiririk;
-Biz zəmanət altında təmir edirik, zəmanətdən sonrakı hallarla işləyirik, ehtiyyat hissələri və istehlak materialları ilə təminatı həyata keçiririk;
Qeyd edək ki, bu yaxınlarda “RosAzerMaş” QSC-nin İdarə Heyətində dəyişiklik olmuşdur və müvafiq qərarla İdarə Heyətinin sədri vəzifəsinə Toğrul Qulubəyli təyin edilib. Yeni rəhbərliyin təyinatından sonra “RosAzerMaş” QSC-də müsbət mənada ciddi dəyişikliklər baş verir. Şirkət bazardakı mövqeyini gücləndirmək, eləcə də çevik və innovativ şirkətə çevrilməsi məqsədi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub, şirkətdə yenilənmə işləri aparılır, peşəkar kadrlar cəlb edilir.
Xatırldaq ki, “RosAzerMaş” QSC 02 may 1997-ci ildə “Azərelektromaş” İB ilə birgə fəaliyyət əsasında yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti xaricdə istehsal olunan və yerli bazarda tələb olunan materialların ölkəmizdə istehsalının qurulması, həmçinin istehsal olunan elektrik mühərriki, avadanlıq və birləşdirici komponentləri müvafiq standartlara cavab verməsi üçün yeni istehsal üslubunda tətbiq etməkdir.