Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldonun “instagram”dakı reklamlardan qazancı Lionel Messidən təxminən 2 dəfə çox olub.
FED.az xəbər verir ki, portuqaliyalı ulduz 2018-ci ildə hər biri 900 min avro olan 49 reklam paylaşımı edib.
Eləcə də bax: "Yuventus" Ronaldoya xərclədiyi pulu ikiqat çıxartdı
Bu, K.Ronaldoya 44,1 milyon avro qazandırıb. Argentina millisinin və İspaniya “Barselona”sının hücumçusu isə hər biri 590 min avro olan 36 paylaşımın müəllifidir. Onun qazancı 21 milyon avro təşkil edib.
Eləcə də bax: Azərbaycanda KİV-lərin reklam gəlirləri - 3 DƏFƏ AZALIB
Bu iki futbolçu “instagram”dakı reklamdan ən çox qazananlardır. 3-cü sırada isə amerikalı supermodel Kendall Cenner qərarlaşıb – 14,4 milyon avro. İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 10 milyon avro qazanmaqla siyahıda 4-cüdür.
Eləcə də bax: Türkiyədə reklam və mediaya nə qədər investisiya ayrılıb? – YENİ RƏQƏMLƏR
Qeyd edək ki, K.Ronaldo izləyicilərinin sayında da L.Messini qabaqlayır. Bu rəqəm portuqaliyalıda 186, argentinalıda 133 milyondur.
Apa