Rusiya İxrac Mərkəzi (RİM) 2018-ci ildə Azərbaycanda Ticarət evi açacaq.
FED.az İnterfax agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Bakıda jurnalistlərə "Eksar" SC-nin müştərilərlə iş və anderraytinq üzrə idarəedici direktoru Nikita Qusakov məlumat verib.
"Biz Ticarət evləri şəbəkəsini genişləndiririk, artıq 4 ölkədə ticarət evləri açılıb, bir neçə ölkədə isə RİM-in ticarət evləri ticarət nümayəndəlikləri bazasında fəaliyyət göstərir. Bu il biz 4-5 Ticarət evi, 2018-ci ildə isə Azərbaycanda Ticarət evi açmağı planlaşdırırıq", - deyə o qeyd edib.
İdarəedici direktorun sözlərinə görə, RİM-in Azərbaycandakı Ticarət evi Cənubi Qafqazda ilk, MDB məkanında isə üçüncü Ticarət evi olacaq.
"Ticarət evi Rusiya şirkətlərinin öz məhsullarını satmaq üçün istifadə edə biləcəyi platformadır. Hazırda MDB-də ticarət evləri Qazaxıstan və Tacikistanda fəaliyyət göstərir”, - deyə N.Qusakov bildirib.