2018-ci ilin yanvar-iyul aylarında restoranların dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,1% artaraq 778,5 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Fed.az-a verilən məlumata görə, bu məbləğin böyük bir hissəsi – 769,8 milyon manatı özəl sektorda çalışan sahibkarların payına düşüb.
Bu sektora aid olan restoranların gəlirlərinin 41,1%-i hüquqi şəxs statuslu müəssisələrə, 58,9%-i və ya 453,1 milyon manatı isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara aid olub.
Qeyd edək ki, hüquqi şəxslərə məxsus olan restoranlarda dövriyyə 2017-ci ilin ilk 7 ayı ilə müqayisədə 4,9% artaraq 316,6 milyon manata çatıb.
2018-ci ilin yanvar-iyul aylarında dövlət sektorunda fəaliyyət göstərən restoranların gəliri isə 8,7 milyon manat olub.
Restoranların gəlirləri artıb
23:09
22 Avq 2018