Biznes

Restoranlarda müştərilərin sıxlıq normaları - AÇIQLANDI

Restoranlarda müştərilərin sıxlıq normaları -  AÇIQLANDI | FED.az
19:25 6 İyul 2020

Koronavirus (COVID-19) pandemiyası dövründə restoranlar üçün adambaşına düşən sahəyə dair norma müəyyənləşib.

Eləcə də bax: Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün - MÜRACİƏT QAYDALARI

FED.az xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən bu gün təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nda əksini tapıb.   

100 nəfərə qədər tutumu olan restoranda xörəkpaylayanlar vasitəsilə xidmət olduqda adambaşına düşən sahə 5,08 kvadrat metr olmalıdır. O cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda adambaşına düşən sahə 3,6 kvadrat metr olmalıdır.

100 nəfərdən sonrakı hər adam üçün əlavə adambaşına düşən sahə xörəkpaylayanlar vasitəsilə xidmət olduqda, 4,4 kvadrat metr, o cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olmadıqda, 36 kvadrat metr olmalıdır.

Restoranlarda özünəxidmət, qida paylayıcı xəttin qida qəbulu zalına daxil olması nəzərdə tutulmayıb.

"apa"

Digər xəbərlər