Otellərdə və turizm müəssisələrində istifadə üçün verilən, həmçinin hovuzlarda və ya spa-mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyasının beynəlxalq norma və standartlara uyğun tövsiyə olunan yuxarı hədlərdə saxlanması arzuolunandır.
ELəcə də bax: Mağaza və restoranda ƏDV belə qaytarılacaq – QAYDALAR - VİDEO
Qabyuyan və camaşırxana avadanlıqlarının işlək olması, temperatur rejiminin riayət olunması üçün vacibdir. Yuyucu və dezinfeksiyaedici kimyəvi maddələr qaydalara uyğun istifadə edilməlidir.
Qapalı hovuzların ventilyasiyası, hava mübadiləsi, nəmalma cihazının düzgün işləməsi yoxlanılmalıdır.
FED.az "azərtac"a istinadən xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) turizm və otelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.
Qeyd olunub ki, sabun və dezinfeksiyaedici məhlulların dispenserlərini (dozatorlarını), əl quruducularının, birdəfəlik kağız salfetləri dispenserlərinin və digər aidiyyəti cihazların düzgün işləməsini təmin etmək üçün həmin avadanlıqların, mütəmadi yoxlanmaları icra olunmalıdır. Cihazların qüsurlu hissələri sürətlə təmir olunmalı və ya dəyişdirilməlidir. Otelin müxtəlif ərazilərində, o cümlədən qonaqlar və işçilər tərəfindən istifadə olunan ictimai ərazilər dezinfeksiyaedici geldən istifadə etmək üçün qurğularla təmin olunmalıdırlar.
Həmçinin bildirilib: “İctimai iaşə zonalarının işçiləri şəxsi gigiyenaya - müntəzəm olaraq əlyuma, tənəffüs gigiyenasına və s. ciddi şəkildə riayət etməlidirlər. Həmin zonalara daxil və xaric olarkən əllərini dezinfeksiyaedici gel vasitəsilə təmizləməyi qonaqlara xatırlatmaq lazımdır. Bunun üçün həmin obyektlərin girişinin müvafiq cihazlarla təchiz olunması zəruridir.
Bufetlərdə qonaqlar qida məhsullarına əl ilə toxunmaqdan çəkinməlidirlər. Zərurət olduqda, servis əşyaları istifadə edildikcə tez-tez dəyişdirilməli və həmin əşyalar ayrı konteynerdə saxlanmalıdır. Xidmətdən sonra bufet səthləri təmizlənməli və dezinfeksiya edilməlidir. Qəhvə və s. avadanlıqlarına mütəmadi əl ilə toxunulur. Bu səbəbdən həmin avadanlıqlar hər istifadədən sonra və zərurət olduqda daha tez-tez təmizlənib dezinfeksiya edilməlidir.
Qabların və süfrələrın (masa örtüklərinin) yuyulması zamanı adi prosedurlardan istifadə edilməlidir. Bütün qablar, qonaqlar və ya işçilərin əlləri ilə təmasda ola bildikləri səbəbindən istifadə edilməmiş əşyalar da daxil olmaqla qabyuyan maşında yuyulmalı və dezinfeksiya edilməlidir. Hər hansı bir səbəbdən əl ilə yumaya ehtiyac yaranarsa, bütün ehtiyat tədbirlərini görərək adi addımlara əməl etmək lazımdır (yuma, dezinfeksiya etmə, durulama). Qurutma birdəfəlik kağız dəsmallardan istifadə edilməklə aparılmalıdır. Eyni şəkildə, süfrələr və dəsmallar adi qaydada yuyulmalıdır.
10 kvadratmetr ərazidə ən çox 4 nəfərin olması tövsiyə edilir. Ərazidə oturacaqların ara məsafəsi 1metrdən, masaların arasındakı məsafə isə 2 metrdən az olmamalıdır”.
Metodiki göstərişlərdə otellərdə uşaq əyləncə bölməsinə dair də məlumat yer alıb. Qeyd olunub ki, uşaqlarda COVID-19-a yoluxma hallarının geniş yayılmamasına baxmayaraq, onlar arasında ağırgedişatlı və ölüm ilə nəticələnən hallar da müşahidə edilir. Ona görə də otellərdə uşaq əyləncə bölməsinə məsul əməkdaş diqqətli olmalı, soyuqdəymə simptomu müşahidə etdiyi təqdirdə, dərhal həmin uşağın valideynləri ilə əlaqə saxlamalı və vəziyyətlə əlaqədar idarəetməni icra etməyi bacarmalıdır. Belə hallarda ərazi müvəqqəti bağlanmalı və orada dərin dezinfeksiya işləri icra olunmalıdır.