Real dünya obyektlərinin rəqəmsal modellərini yaradan İngiltərə mərkəzli startap “SenSat” 10 milyon dollar investisiya cəlb edib.
FED.az məlumat verir ki, investisiya “Sistema VC” vençur kapitalı fondundan, Çinin internet şirkəti “Tencent”dən və digər investorlardan toplanıb. A raundunun aparıcı investoru isə “Tencent” oldu.
Cəlb olunan vəsait beynəlxalq genişlənməyə və şirkətin böyüməsinə sərf olacaq. “SenSat” həmçinin il ərzində 100-ə yaxın yeni tərtibatçı, riyaziyyatçı və məlumat emalı mütəxəssislərini işə götürməyi planlaşdırır (komandada hazırda 30 nəfər var).
Startapın bu günə qədər cəlb etdiyi investisiyaların cəmi 14,5 milyon dollardır.
Finans