Azərbaycanda qısa zamanda Rəqabət Məcəlləsinin qəbul edilməsi gözlənilir.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı açıqlama verib.
Eləcə də bax:Əmlakı 1 milyon manatdan artıq olan mikro sahibkarlar - ƏMLAK VERGİSİ VERƏCƏK
O qeyd edib ki, Rəqabət Məcəlləsi ölkədə inhisarçılığa son qoyacaq.
Vüsal Qasımlı bildirib ki, Məcəllə beynəlxalq standartlar səviyyəsində hazırlanıb və onun qəbul edilməsi ölkədə biznesin inkişafı üçün nəzərdə tutulan ən önəmli addımlardan biri olacaq.
Qeyd edək ki, 2006-cı ildən Milli Məclisin gündəliyinə daxil edilən Rəqabət Məcəlləsi iki oxunuşdan keçsə də indiyədək 3-cü oxunuşa çıxarılmayıb.
Rəqabət Məcəlləsinin Milli Məclisin noyabr ayının ortalarında keçiriləcək iclaslarında müzakirəyə çıxarılması gözlənilir.
xəzərxəbər.az