Azərbaycanda 20-dan çox reklam şirkəti pandemiya dövründə müştərilərinin açıq hava reklamlarının icarələrindən imtina etməsi səbəbi ilə reklam şirkətlərinin 2020-ci il aprel va may ayları üçün rüsum va yayım haqqlarından azad olunması üçün Baş Nazir Əli Əsədova müraciət etmişdilər.
Eləcə də bax: Reklam Agentliyi sahibkarlara - GÜZƏŞTƏ HAZIRLAŞIR – YENİLİK
FED.az xəbər verir ki, reklam şirkətlərindən verilən məlumata görə, müraciət cavabsız qalmışdır.
Müraciətin mətnini yenidən təqdim edirik:
“Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargahın sədri cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi idarə Heyətinin sədri cənab Aydın İbadova
Bildiyiniz kimi, son günlərdə koronavirus pandemiyası qlobal təhlükə olaraq Respublikamızdan da yan keçməmişdir. Prezident İlham Əliyev cənablarının tapşırıqları ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın 30 Mart 2020-ci il tarixli koronavirus (covıd-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirler haqqında məlumatında 31 mart 2020-ci il tarixindən insanların həyat va fəaliyyati üçün zəruri olan iş va xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyatlər dayandırılmışdır.
Təbii olaraq insanların fərdi evlərində va mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunduğu halda açıq hava reklamları öz qüvvəsini itirir. Bu halda onlayn satışlara icazə verildiyi üçün müştərilərimiz büdcələrini rəqəmsal reklam vasitələrinə yönəldirlər. itirir. Bu səbəbdən təbii olaraq beynalxalq və yerli şirkətlər açıq hava reklamlarının icarələrindən imtina edirlər.
Təəssüf hissi ilə bildiririk ki, reklam şirkətləri olaraq demək olar ki, heç bir iqtisadi fəaliyyatimiz qalmamışdır. Reklam şirkətlərinin iqtisadi imkanları yalnız Prezident İlham Əliyev cənablarının işçilərin ixtisar edilməməsi çağırışına birmənalı olaraq əməl etməsinə imkan verir.
Sizin göstərdiyiniz dəstək sayəsində reklam şirkətlərinin xidməti pandemiyadan zərər çəkmiş şirkətlər siyahısına salınmışdır. Bunun qarşılığı olaraq əmək haqqı fondunun müəyyən hissəsi Nazirler Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən qarşılanmışdır. Buna görə Sizə dərin minnatdarlığımızı bildiririk.
Reklam şirkətlərinin əsas maliyya öhdəliklərindən biri reklam qurğularına göre Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə rüsum va yayım haqqlarının ödənilməsidir. Pandemiya səbəbindən beynalxalq və yerli şirkətlərin açıq hava reklamlarının icaralarından imtina etməsi, bu sahədə har hansı bir fəaliyyatin olmaması reklam yayımına görə daxilolmaların kəskin azalmasına, gəlirlərimizin zərərlə əvəz olunmasına səbəb olmuş va hal-hazırkı durumda Aprel ve May aylarına göre rüsum va yayım haqqlarını ödəmək üçün hər hansı maliyyə vəsaiti mövcud olmaması ilə nəticələnmişdir.
Halhazırkı durumda reklam şirkətlərinin düşdüyü iqtisadi çətinliyi və fəaliyyətsizliyi, reklam agentliklatinin fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş fəaliyyat növləri siyahısında olmasını nəzərə alaraq reklam şirkətlərini 2020-ci il aprel va may ayları üçün rüsum va yayım haqqlarından azad olunması üçün köməklik göstərməyinizi Sizdən xahiş edirik.” (Marja)