Tanınımış beynəlxalq audit şirkəti olan “Reanda Azərbaycan” MMC ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq imkanlarına həsr olunmuş ilk tanışlıq görüşü keçirilib.
FED.AZ xəbər verir ki, görüşdə qurumları təmsil edən nümayəndələr öz fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermiş, qarşılıqlı tanışlıq mühiti formalaşmışdır.
Müzakirələr çərçivəsində gələcək dövrdə maliyyə, marketinq və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan potensiallı bakalavr və magistr tələbələrinin şirkətimizdə çalışma imkanları, təcrübə proqramlarında iştirak, eləcə də tələbələr üçün nəzərdə tutulan güzəşt və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, “Reanda Azərbaycan” MMC Azərbaycanın audit bazarında beynalxalq brend olaraq fəaliyyət göstərir. Şirkət beynəlxalq statuslu oldğuna görə müştəri portfoliosu çox zəngindir. Bura banklar, maliyyə institutları, xidmət, inşaat, nəqliyyat sahəsi, BOKT-lar və digər müəssisə və təşkilatlar daxildir.
Xatırladaq ki, Reanda International Network Limited" brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.




![“Reanda Azərbaycan” şirkəti ilə Azərbaycan Texniki Universiteti arasında görüş keçirilib -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/2309340.jpeg)
![“Reanda Azərbaycan” şirkəti ilə Azərbaycan Texniki Universiteti arasında görüş keçirilib -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/3425273.jpeg)
![“Reanda Azərbaycan” şirkəti ilə Azərbaycan Texniki Universiteti arasında görüş keçirilib -[red] FOTOLAR[/red] | FED.az](upload/news/small/4541555.jpeg)







