Azərbaycanda yeni fəaliyyətə başlayan beynalxalq audit şəbəkəsi REANDA AZƏRBAYCAN (REANDA INTERNATIONAL NETWORK LIMITED-nın tam üzvü) bank və BOKT-lar üzrə keçirilən tenderlərin qalibi olub.
Şirkətin İdarəedici partnyoru Rahim Manafovun FED.az saytına verdiyi məlumata görə bank, sığorta və kredit təşkilatlarının auditi üzrə şirkətin hədəfində müştəri portfelinin ən azı 40% artırılması nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, REANDA INTERNATIONAL NETWORK LIMITED brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.