22.12.2025-ci il tarixdə saat 11:00-da “Ağsu Quşçuluq” Açıq Tipli Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Ağsu rayonu, İlxıçı kəndində cəmiyyətin inzibati binasında olacaq.
İclasın gündəliyi:
1. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi və adından "tipli" sözünün çıxarılması;
2. Cəmiyyətin Ümumi yığıncağı və İcra orqanı haqqında Əsasnamələrin təsdiqi;
3. Cəmiyyətin icra orqanının (sədrinin) seçilməsi;
4. Dividendlərin verilməsi qaydasının müəyyən edilməsi;
5. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin Ağsu rayonu, İlxıçı kəndində yerləşən inzibati binasında tanış olmaq mümkündür.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (010)- 467-35-45











