15.06.2024-cü il tarixdə “Qusar Aqrotexservis” ASC-nin (bundan sonra – cəmiyyət ) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Qusar şəhəri, Şərifov küçəsi 19 ünvanında yerləşən cəmiyyətin inzibati ofisində saat 12:00 -a təyin edilib.
Yığıncağın gündəliyini aşağıdakı məsələ təşkil edir: 1. 2023-cü il üzrə cəmiyyətin maliyyə hesabatlılığına baxılması.
Yığıncağın gündəliyini təşkil edən məsələ üzrə zəruri məlumatlarla Qusar şəhəri, Şərifov küçəsi 19 ünvanında yerləşən cəmiyyətin inzibati ofisinə gələrək tanış olmaq olar.
Əlaqə nömrəsi: 050 250 40 01