Zəngilanda bu yaxınlarda bir neçə kiçik müəssisələrinin açılışı nəzərdə tutulub.
Eləcə də bax: Bu il Zəngilanda “Smart DOST” xidmət məntəqəsi fəaliyyətə - BAŞLAYACAQ
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, Zəngilan rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində xidmət obyektləri fəaliyyətə başlayacaq : “Bildiyiniz kimi artıq müharibədən dərhal sonra azad edilmiş ərazilərdə ilk supermarketlər, restoranlar, çörək sexi, apteklər açılmışdı . Bu yaxınlarda Zəngilanda da ilkin təlabatı ödəmək üçün çörək sexi, aptek, kiçik restoran kimi obyektlərin açılışı olacaq”.
O əlavə edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 063 müraciət daxil olub: “Bunlardan 300-ü xarici şirkətlərdir". (Report)