"Zarat Taxıl" MMC (VÖEN: 8303344921) nizamnamə kapitalını kəskin azaldır.
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalının 4 977 330 manat məbləğdən 20 manat məbləğə azaldığını elan edir.
Qeyd edək ki, Zarat Taxıl MMC 16.04.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Camal Əliyev Ərşad oğludur.
Hüquqi ünvanı Az1525, Cəlillabad rayonu, Eçara ünvanında yerləşir.