"Ticarət şəbəkələri istehsalçılardan ən müxtəlif adlarla müqavilədə nəzərdə tutulandan əlavə ödənişlər alırlar".
Eləcə də bax: Quş əti istehsalçıları və ixracatçıları Dövlət Xidmətinə - MÜRACİƏT EDİB
FED.azaz xəbər verir ki, bu, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətində bildirilir.
""Məsələn, aldıqları malın pulunu 3 ay yubadır, axırda tələb edirlər ki, yığılan məbləğin 3-5 faizini kəşbək kimi verin, sonra pulu köçürək. Yaxud TV-lərdə reklamlarını yerləşdirir, onun pulunu istehsalçılara ödətdirirlər. Bundan əlavə, konkret bir məbləğ müəyyənləşdirir, ondan yuxarı satışdan 1-2 faiz əlavə ödəniş tələb edirlər", - müraciətdə deyilir. (Marja)