"Trendyol Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406528091) "Trendyol Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 200 manat məbləğində azaldıldığını elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin hazırkı nizamnamə kapitalı 168 milyon 192 min 336.53 manat təşkil edir.
Qeyd edək ki, "Trendyol Azərbaycan" 1 avqust 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İrem Çağrı Yılandildir. Hüquqi ünvanı AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev.64, CİTY TOWER, 16-CI MƏRTƏBƏ ünvanıdır.











