Dünyanın ən böyük elektron ticarət platformalarından biri olan TEMU, türk istifadəçilərinə xaricdən məhsul almağı rəsmi olaraq qadağan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, artıq TEMU-nun mobil tətbiqi və internet saytı vasitəsilə sifariş vermək istəyən istifadəçilər yalnız Türkiyədə fəaliyyət göstərən və ölkə daxilindən göndəriş edən satıcıları görə bilirlər.
Hələlik şirkət tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib, bununla yanaşı, məhdudiyyət qərarının bir neçə gün əvvəl "Temu"nun Türkiyə ofisində keçirilən rəsmi yoxlamalardan sonra gəlməsi diqqət çəkib. TEMU-nun problemi yanvarın 7-den başlayıb.
Belə ki, 7 yanvar 2026-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı və Rəsmi Qəzetdə dərc olunan fərmanla xaricdən rüsumsuz alış-veriş məhdudiyyəti aradan qaldırıldı və bu qərar milyonlarla vətəndaş tərəfindən sərt tənqidlə qarşılandı.
21 yanvar 2026-cı ildə Rəqabət Təşkilatının rəsmiləri TEMU elektron ticarət platformasının ofislərinə basqın zamanı çoxsaylı rəqəmsal materiallar və kompüterləri müsadirə ediblər və bu gündən etibarən Çin platforması Türkiyədəki satışlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Nəticədə bu gündən etibarən Türkiyədən olan istifadəçilərə dünyanın bir çox yerindən, xüsusən də Çindən məhsulları münasib qiymətə almağa imkan verən tətbiq, türk istifadəçilərinin xaricdən alış-veriş etməsini rəsmi olaraq qadağan edib.
Dəyişiklikdən sonra Türkiyədən TEMU tətbiqinə daxil olan istifadəçilər yalnız yerli satıcılar tərəfindən siyahıya alınmış məhsullara daxil ola bilirlər, xarici satıcılar tərəfindən satışa çıxarılan məhsullar isə türk istifadəçilərindən tamamilə gizlədilir.











