Bu gün Synergia Academy və PMD Hospitality-nin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən “Təlimdən Karyeraya” layihəsi uğurla başa çatmışdır.
FED.az xəbər verir ki, tədbir Synergia Academy-nin Baş İcraçı Direktoru Rəna Əfəndiyevanın çıxışı ilə başlamış, PMD Hospitality-nin Baş İcraçı Direktoru Uygar Koçaşın nitqi ilə davam etmişdir.
“Təlimdən Karyeraya” layihəsi 2024-cü ilin mart ayında başlamış və 6 ay ərzində davam etmişdir. Sözügedən layihənin əsas məqsədi gənc nəslin nümayəndələrinin Qonaqpərvərlik sahəsinə olan maraqlarını artırmaq və təlimlərə cəlb etmək, onlara layihə boyunca intensiv yumşaq və müvafiq texniki bacarıqların əsasını öyrədərək, bu sahə üzrə işlə təmin etmək idi.
Layihə iştirakçı tələbələrin qonaqpərvərliklə bağlı müxtəlif sahələri dərk etmələrinə yardım etmiş, onların karyera və həyatlarında daha parlaq və peşəkar olaraq inkişafına köməklik göstərmişdir.
Tədbirdə layihə iştirakçıları sertifikat , müxtəlif maarifləndirici hədiyyələr ilə təltif və PMD Hospitality-yə daxil olan hotellərdə iş ilə təmin edilmişdilər.
Onu da qeyd edək ki, Synergia Academy-nin layihəsi bununla yekunlaşmır, növbəti aylarda Bakı şəhəri və regionlarımızda bu layihənin yenidən təşkil edilməyi planlaşdırılır.
Gənc məzunları əldə etdikləri nəticələr münasibətilə təbrik edir, onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzu edirik.