Ölkənin ən böyük oyuncaq mağazaları şəbəkəsi olan "Supertoys" MMC-nin (VÖEN: 1005376651) dövlətə külli miqdarda vergi borcu var.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin vergi borcunu məbləği 2 milyon 514 min 768 manatdır.
Qeyd edək ki, uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirən şirkət 2018-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Xəqani Vədud oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi, şirniyyat 1-ci sıra, saat dairəsinin qarşısı, mağaza 1 ünvanında yerləşir.















