2023-cü ilin yanvar-oktaybr aylarında "STP Global Cable" MMC 31,1 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "STP Global Cable" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 6-cı yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26,4 milyon dollar 6,6 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "STP Global Cable" MMC 4,7 milyon dollar dəyərində məhsul ixrac edib.